Hindistan Mərkəzi Bankının rupini dəstəkləmk üçün dolları satı, bu barədə “Reuters” yazır. Bu gün səhər saat 10:15-ə olan məlumata görə, rupi 84,49 səviyyəsində ticarət edilib. Xatırladaq ki, ötən həftə rupi 84.5075 səviyyəsinə düşüb ki, bu da tarixi minimum olub.
“Rupinin yeni rekord səviyyəyə qədər zəifləyəcəyi gözlənilir, lakin bu zəifləmə çox az olacaq”, – mesajda deyilir.
Dollar indeksi 0.23% azalaraq 105.9-a düşüb, cümə günü Asiya ticarəti zamanı əksər valyutalar bahalaşıb. Bununla belə, treyderlərin fikrincə, davamlı xarici portfel axını fonunda rupi dolların zəifləməsindən faydalana bilməyib.