11 C
Baku
Monday, November 18, 2024

Hindistan Mərkəzi Bankının “qorxaq” addımı ardından valyutası dollara qarşı ucuzlaşıb

Hindistan Ehtiyat Bankı (mərkəzi bank) uçot faiz dərəcəsini artırmaqdan “qorxub”.

Banker.az mərkəzi bankın press-relizinə istinadən xəbər verir ki, requlyator uçot faiz dərəcəsini (repo faizi) 6.50%-də sabit saxlayıb.

Bazar, o cümlədən iqtisadçılar ortaq olaraq Cənubi Asiya ölkəsinin faizləri heç olma 6.75%-ə qaldıracağını proqnoz etmişdi.

Hindistan Ehtiyat Bankının pul sərtləşdirmə dövrünə başladığı 2022-ci ilin aprelindən bəri ilk dəfə olaraq geri alış dərəcəsini 6.5% səviyyəsində saxladı.

Cari monetar siyasət 2018-ci ilə qədər də aparılmışdı və hətta faizlər 2016-cı ilə qədər bu səviyyədən daha üstün olub.

Açıqlamadan sonra Hindistan rupisi (INR) ABŞ dolları qarşısında 0.15% ucuzlaşaraq 82.04-ə düşüb. Qeyd edək ki, USD/INR son bir ildə 8 faiz artım göstərib, yəni hind pulu dollara qarşı ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər