-1 C
Baku
Sunday, December 15, 2024

Hindistan may ayında Rusiya neftinin alışını kəskin artırıb

May ayında Hindistana neft idxalının ümumi strukturunda Rusiya neftinin payı 45%-ə yüksəlib.

Bu ilin əvvəlindən Hindistanın dövlət şirkətləri Rusiyadan təxminən 167 milyon barel və ya gündə 1.1 milyon barel yanacaq alıb.

Ötən il bu rəqəm orta hesabla sutkada 420 min barel olub. Rusiya neftinin böyük hissəsi “Bharat Petroleum”, “Indian Oil” və “ONGC” tərəfindən alınıb. Hindistan Rusiyadan nefti 10 dollar endirimlə alır.

Məqalədən belə çıxır ki, Hindistan hakimiyyəti alışların həcmini azaltmağı planlaşdırmır. Ölkədə yanacağa tələbat artır.

Belə ki, Hindistanda may ayında benzin istehlakı aprel ayı ilə müqayisədə 13% artaraq sutkada 841 min barelə çatıb. Dizelə tələbat isə həmin dövrdə 0.9% artaraq sutkada 1.796 milyon barel təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər