10 C
Baku
Thursday, December 12, 2024

Hindistan rupisi dollara qarşı son 6 ayın maksimumuna yüksəlib

Xaricdən Hindistanın xəzinə istiqrazlarına axınların olması ardından yerli valyuta ABŞ dollarına nisbətdə 6 ayın ən yüksək səviyyəsinə yüksəlib.

Banker.az bu barədə Bloomberg-ə istinadən xəbər verir ki, bu il xaricdən 5 mlrd. Dollar ekvivalentində xaricdən yerli istiqrazlarını alıblar. Bu da öz növbəsində rupinin rəqiblərə qarşı artımına təkan verib.

Cümə axşamı günü valyuta bir dollar üçün 0.1% artaraq 82.7250 rupi səviyyəsinə yüksəldi ki, bu da 4 sentyabrdan bəri ən yüksək göstəricidir. Bloomberg-in analitiklər arasında keçirdiyi sorğuya əsasən, Bharatın pulu daha da bahalaşaraq, iyunun sonunda 82.50 rupi səviyyəsinə çatacaq.

Rupi bu il ən sabit inkişaf etməkdə olan bazar valyutaları arasında olub və bəzi treyderlərin Hindistan Ehtiyat Bankının valyuta dəyişmələrini məhdudlaşdırmaq üçün 619 milyard dollarlıq valyuta ehtiyatlarından istifadə etdiyi barədə fərziyyələrə səbəb olub. “Australia & New Zealand Banking Group”na görə, artımlar Hindistan Ehtiyat Bankının kəskin hərəkətləri cilovlamaq üçün siyasətində hər hansı bir dəyişiklik təklif etmir.

23456432

“RBI-ın pul siyasəti ümumilikdə dəyişməyəcək, onlar rupinin hər hansı kəskin hərəkətinin qarşısını alacaqlar”- deyə, “Australia & New Zealand Banking Group”dan valyuta strateqi Dirac Nim bildirib. O düşünür ki, bahalaşma təzyiqi olarsa,daxil olan pulları “uda” bilərlər.

Rupi ilə ifadə edilmiş istiqrazlara 5 milyard dollarlıq xarici daxilolmalar Hindistanın qlobal borc ölçülərinə əlavə edilməsindən əvvəl bu il valyutanın 0.5% qazanmasına kömək edib.

Son xəbərlər
Digər xəbərlər