13 C
Baku
Friday, November 22, 2024

Hindistan rupisi tarixi minimuma düşüb

“Forex” bazarında hərracların bağlanışında Hindistan rupisinin ABŞ dollarına nisbətdə məzənnəsi 1 dollar üçün 84.077 rupi təşkil edib. “Reuters” qeyd edir ki, bu, tarixi minimumdur.

Agentlik bildirir ki, Hindistanın milli valyutasının ucuzlaşması ölkədən sərmayə axını və ABŞ istiqrazlarının gəlirliliyinin artması ilə bağlıdır. “ABŞ seçkiləri ərəfəsində zəifləmənin əlamətlərini görürük. Gördüyümüz dinamika dolları bütün istiqamətlərdə dəstəkləyir”, – deyə “Reuters” “ING Bank”ın bəyanatından sitat gətirir.

Digər məsələlərlə yanaşı, Hindistan rupisinə xarici bankların dollara olan tələbi də təzyiq göstərir. Agentlik qeyd edir ki, bu, Hindistanın fond bazarından vəsait axını ilə bağlıdır. Oktyabr ayında investorlar ümumilikdə 10 milyard dollarlıq yerli səhm satıblar. Oktyabrın əvvəlində Hindistan Ehtiyat Bankı uçot dərəcəsini 6.5% səviyyəsində saxlayıb. Eyni zamanda, pul siyasəti ilə bağlı mövqeyini dəyişərək dekabr ayında faiz dərəcəsinin aşağı salınmasını mümkün hesab etdiyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər