30 C
Baku
Wednesday, August 6, 2025

Hindistan rupisi Trampın tarif hədəsindən sonra tarixi minimuma yaxınlaşır

Hindistan rupisi ABŞ Prezidenti Donald Trampın Hindistan mallarına yüksək tariflərlə hədələməsindən, qeyri-sabit əhval-ruhiyyəni pisləşdirdikdən və daha çox xarici kapital axını ilə bağlı narahatlıqları artırdıqdan sonra, bir ABŞ dolları üçün 88-dən aşağı düşərək rekord minimuma imza ata bilər.

Qeyd edək ki, Hindistan rupisi 87.6550 səviyyəsindən 88.00–88.04 səviyyəsinə düşüb. Rupinin əvvəlki rekord minimumu fevralda qeydə alınıb və 87.95 olub.

Tramp Hindistanın Rusiya neftinin alqı-satqısını davam etdirməsini əsas gətirərək Hindistan mallarına rüsumları əhəmiyyətli dərəcədə artıracağı ilə yenidən hədələyib. Hindistan Xarici İşlər Nazirliyi cavab olaraq bildirib ki, öz milli maraqlarını və iqtisadi təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcək.

Rupi ilə bağlı əhval-ruhiyyə Hindistan mallarına yüksək tariflər səbəbindən dəyişkən olub. Bazar ertəsi təzyiq artıb, dolların zəifləməsinə baxmayaraq, rupi ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər