6 C
Baku
Saturday, December 14, 2024

Hindistan Rusiya almazlarını almağa davam edəcək

G7 ölkələrinin Rusiya almazlarının idxalını məhdudlaşdırmaq qərarı Hindistanın onları almasına mane olmayacaq.

Bu barədə TASS Hindistanın Surat şəhərindən olan zərgərlik şirkətlərindən birinin yüksək vəzifəli əməkdaşına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, almaz kəsmə və zərgərlik istehsalı ilə məşğul olan Hindistan şirkətləri Rusiyanın kobud almazları ilə işləməyə davam edəcəklər:

“Tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, satınalma həcmi azalsa da, biz Rusiyanın kobud almazları ilə işi dayandırmadıq. Nəzərə almaq lazımdır ki, məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, bazara gələn bütün daşları yoxlamaq mümkün deyil və bu həqiqətən də lazım deyil”-deyə, mənbə vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər