9 C
Baku
Friday, December 13, 2024

Hindistan Rusiyaya qarşı sanksiyaları pozmayacaq

Hindistan hakimiyyəti Qərbin tətbiq etdiyi anti-Rusiya sanksiyalarını, o cümlədən Rusiya Federasiyasından alınan neftin 60 dollarlıq qiymət tavanını pozmamaq qərarına gəlib.

Hindistan hökumətinin rəsmiləri banklardan və treyderlərdən mövcud məhdudiyyətlərə əməl etməyi xahiş ediblər.

Bildirilir ki, Hindistan nümayəndələri martın əvvəlində Dehlidə keçirilən G20 toplantısı çərçivəsində ABŞ və digər ölkələrdən olan həmkarları ilə sanksiyaları ətraflı müzakirə ediblər. Tərəflər danışıqların nəticələrindən razı qalıblar.

Xatırladaq ki, dekabrın 5-dən Rusiya neftinin bir barelinin 60 dollardan yuxarı satılmamasına dair qərar qüvvəyə minib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər