Belarusda koronavirusun Hindistan ştammı aşkar edilib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“SARS-CoV-2 virusunun təhlili göstərdi ki, Minskdə sınaqdan keçirilmiş 10 nümunədə Hindistan ştammı (delta, B.1.617.2) aşkarlanıb. Lakin respublikanın digər bölgələrində hələ ki, bu variant müəyyən edilməyib”, – açqlamada deyilir.
Nazirlikdə hesab edirlər ki, Hindistan ştammı COVID-19-un digər variantları ilə müqayisədə daha təsirli bir şəkildə yayıla bilər, lakin bu variantın daha ciddi xəstəliyə səbəb olduğuna dair heç bir dəlil yoxdur.
Xatırladaq ki, dünyanın hər yerində elm adamları peyvənd edilmişlər də daxil olmaqla, Hindistan ştammının daha təhlükəli olduğunu bildirirlər