15 C
Baku
Friday, April 26, 2024

Hindistanda Baş Qərargah rəisinin içində olduğu helikopter qəzaya uğrayıb

Göyərtəsində Hindistan Müdafiə Nazirliyi Baş Qərargının rəisi Bipin Ravatın da olduğu helikopter qəzaya uğrayıb.

Helikopterin göyərtəsində daha 3 yüksək rütbəli hərbçi olub.

Bildirilib ki, hadisə dekabrın 8-də Hindistanın Tamçiland ştatında baş verib.

Məlumata görə, hadisə yerində 3 yaralı aşkar olunub, 4-cü şəxsin axtarışı davam edir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi ştatı 2019-cu ilin dekabrında yaradılıb. O, Hindistan ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin fəaliyyətini əlaqələndirir. O, müdafiə texnologiyası və texnikanın alınması məsələlərini də koordinasiya edir. General Bipin Ravat bu posta təyin olunmuş ilk şəxsdir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər