Hindistanın mərkəzi bankı son iki ildə ən sərt pul siyasətinə əl atıb

Çərşənbə günü mərkəzi bank olan Hindistan Ehtiyat Bankı (RBI) uçot faiz (repo) dərəcəsini ardıcıl beşinci dəfə – 35 baza bəndi artıraraq 6.25%-ə yüksəltdi.

Banker.az mərkəzi banka istinadən xəbər verir ki, bu da 2020-ci ilin yayından bu tərəfə ən sərt pul siyasətidir.

Əsas faiz dərəcəsi cəmi 190 baza bəndi – iyun ayından bəri üç dəfə 50 baza bəndi və bir dəfə – 40 baza bəndi artırıldı.

İnflyasiya müqavimət göstərmə həddi üzərində qalmağa davam etdikdən sonra mərkəzi bank dərəcəsi artırdı.

RBI-ın Pul Siyasəti Komitəsinin açıqlamalarını verən sədr Şaktikanta Das, həmçinin 23-cü maliyyə ilinə real ÜDM proqnozunun Dünya Bankının çərşənbə axşamı açıqladığı yenidən işlənmiş təxminlərdən 6,8%-0,1% aşağı salındığını deyib. Bundan əlavə, RBI, həmçinin 23 FY istehlak qiymətləri indeksi inflyasiya proqnozunu 6.7% səviyyəsində saxlayıb.

Das, qış məhsulu (Hindistanda belədir: coğrafi şərait buna imkan verir) gələn kimi inflyasiyanın mülayim olacağını gözlədiyini söylədi.

RBI rəhbəri Hindistan iqtisadiyyatının Ukraynadakı müharibə və Covid-19 pandemiyası kimi qlobal problemlər qarşısındakı performansını yüksək qiymətləndirdi və bunun bu il Asiyada ən sürətli böyüyən olduğunu nəzərə çatdırıb.

Son xəbərlər
Digər xəbərlər