-1 C
Baku
Sunday, December 15, 2024

Hiyləgər biznes gedişləri: rəqibi aldatmaq

Məşhur şirkətlər uğur qazanmaq üçün daha hansı qeyri-standart gedişlərə əl atmırlarki?! Biznes öz riskləri, dəlisov ideyaları, gözlənilməz dönüşləri ilə kəskin sujetli film kimidir. Uğura can atan istənilən şirkətin özü haqqında məlumat vermək, satışların həcmini artırmaq və rəqiblərinə qalib gəlmək üçün çoxlu sayda üsulları vardır. Bu məqsədlə televiziyada reklam yerləşdirmək, şəhərin bütün reklam üçün ayrılmış məkanlarını zəbt etmək, yaxud daha orijinal bir gediş düşünmək mümkündür. Bəs hansı məşhur şirkətlər standart reklam gedişlərindən imtina edərək orijinal addım atmışlar: 

Herbert Dow Miçiqanda Chemical Dow şirkətinin əsasını qoyur və bu şirkətlə ən ucuz kimyəvi maddə istehsalını təmin edir. O bu maddələri ABŞ-ın sənaye müəssisələrinə 1 funtu 36 sentə satsa da, əcnəbi bazarlara çıxışı yox idi. Belə ki, bu zaman xarici bazarlar alman kartelinin nəzarəti altında idi ki, onlar da həmin maddələri 49 sentə satırdılar.

Dow ingilis bazarına çıxdıqda alman şirkəti ona cavab olaraq ABŞ-da bromu cəmi 15 sentə satmağa başlayır. O bununla Dow Chemical şirkətinin bağlanmasına nail olmaq istəyirdi. Lakin Dow almanları aldada bilir. O qiymətləri azaltmaq əvəzinə ümumiyyətlə ABŞ-da satışları dayandırır və gizli şəkildə alman şirkətinin istehsal etdiyi məhsulları almağa başlayır. O bu məhsulları yenidən qablaşdıraraq Avropada 1funtunu 27 sentə satırdı. İndi Dow Chemical dünyanın ən böyül kimyəvi maddə istehsal edən şirkətlərindən biridir.

Son xəbərlər
Digər xəbərlər