Məşhur şirkətlər uğur qazanmaq üçün daha hansı qeyri-standart gedişlərə əl atmırlarki?! Biznes öz riskləri, dəlisov ideyaları, gözlənilməz dönüşləri ilə kəskin sujetli film kimidir. Uğura can atan istənilən şirkətin özü haqqında məlumat vermək, satışların həcmini artırmaq və rəqiblərinə qalib gəlmək üçün çoxlu sayda üsulları vardır. Bu məqsədlə televiziyada reklam yerləşdirmək, şəhərin bütün reklam üçün ayrılmış məkanlarını zəbt etmək, yaxud daha orijinal bir gediş düşünmək mümkündür. Bəs hansı məşhur şirkətlər standart reklam gedişlərindən imtina edərək orijinal addım atmışlar:
80-ci illərin sonu 90-ci illərin əvvəllərində AT&T əlaqə operatoru nəhəng marketinq kampaniyasına başlayır. Hər gün teleziya vasitəsilə insanların 1-800-OPERATOR-a zəng etməklə daha ucuz şəhərlərarası danışıq tarifinə sahib olacaqları bildirilirdi. Şirkətin əsas rəqibi olan MCI şirkətinin əməkdaşları başa düşürlər ki, insanlar reklam zamanı OPERATOR sözünü tam olaraq eşitməyə bilərlər. Buna görə də, onlar 1-800-OPERATER nömrəsini qeydiyyatdan keçirirlər. Beləliklə onlar, nömrəni səhv anlayan və səhv yığan müştərilərin hesabına özlərinə müştəri qazanırdılar. AT&T şirkəti isə reklamın haqqını ödəməkdə davam edirdi.