Müsahibə zamanı işə götürənlər sizin hal- hazırda işiniz olub –olmadığından asılı olaraq sizə çətin suallar verə bilərlər. Adətən, bu növ sualların gizli mənaları olur.
Bəzi insanlar cari iş yerləri olduqda iş axtarırlar. Belə namizədlərin işə qəbul olmaq şansları daha çoxdur. Çünki onların təcrübələrini, bacarıqlarını və şəxsi keyfiyyətlərini artıq başqa işə götürən qiymətləndirib.
Bəs cari iş yerləri olmayan namizədlər müsahibə zamanı nə etməlidirlər?
Nəyə görə siz keçmiş iş yerindən ayrılmısınız?
Gizli məna: Nəyə görə namizədin hal- hazırda işi yoxdur? Bəlkə o, problemli bir insandır və bunu gizləmək istəyir.
Düzgün cavab: Keçmiş müdirlərinizdən şikayətlənməyin. Çalışın cavab verərkən diqqəti keçmiş mövqeyilərdə qazandığınız müsbət təcrübəyə yönəldəsiniz.
Siz bundan öncə çox müsahibədə iştirak etmisinizmi?
Gizli məna: Namizəd iş axtarmaqda nə qədər fəaldır? Digər işə götürənlər bu namizədə necə münasibət bildiriblər?
Düzgün cavab: Dürüst cavab verin. İş tapmaqda qərarlı olduğunuzu göstərin. Həmçininn qeyd edin ki, sizin üçün harada işləməyin bir fərqi var və şirkətin nüfuzu sizin üçün çox əhəmiyyətlidir.
İş axtaran zaman siz nə ilə məşğul olursunuz?
Gizli məna: Boş vaxtlarında namizəd özünü təkminləşdirirmi?
Düzgün cavab: Siz özünüzü zəhmətkeş və daim axtarışda olan biri kimi göstərməlisiniz.
İşsizlik vaxtı sizə necə təsir edib? Siz yeni işə öyrəşməyə hazırsınızmı?
Gizli məna: Namizəd şəxsi keyfiyyətləri arasında zəif nöqtələri tapmaq. Həmçinin namizədin problemləri necə həll etdiyini öyrənmək.
Düzgün cavab: Maksimal dərəcədə dürüst cavab verin. Keşmiş təcrübənizdən misallar gətirin. Məsələn, siz ezamiyyətdən sonra problemləri necə həll edirdiniz və keçmiş həmkarlarınızla necə ümumi dil tapırdınız.
Comments are closed.