14 C
Baku
Thursday, March 28, 2024

Hokinqin təkərli kürsüsü satışa çıxarılacaq

Christienin Londondakı hərrac evində İngilis fizik Stephen Hokinqin təkərli kürsüsü satışa çıxaracaq.

Qiyməti 13-19 min dollar təxmin edilən kürsüyə əlavə olaraq, Hokinqə aid şəxsi  22 əşya online tenderlərdə satışa çıxarılacaq, xüsusilə mükafatlar, kitablar və elmi məqalələr təqdim ediləcək. «Bəşəriyyəti  genişləndirilməsi xüsusiyyətləri» nin tezislərindən beş nüsxəsi təxminən 130-195 min dollara satışa çıxarılacaq. Bu barədə məlumatı Banker.az  Lenta.ru –ya istindən xəbər verir.

Auksioner Thomas Venninq, yüksək texnologiyalı təkərli kürsünün Hokinqin incə yumor hissi simvoluna çevrildiyini qeyd edib. Onun sözlərinə görə, bir zaman alim Şahzadə Çarlzın ayaq  iziynən təkəri çarparaq keçib və buna görə heş də xəcalət çəkməyib. «Baş nazir Marqaret Tetçerlə eyni şeyi etmədim, təəssüf ki» -Hokinq bildirib.

Məhsulların satışından əldə olunan vəsaitlər iki xeyriyyə təşkilatına – Stephen Hokinnq Fondu və Neuron Xəstəlikləri Assosiasiyasına veriləcək. Onlayn tenderlər 2018-ci il oktyabrın 31-dən noyabrın 8-dək keçiriləcək.

Stephen Hokinq 8 yanvar 1942-də Oxfordda anadan olmuşdur. 1963-cü ildə o, amyotrofik lateral skleroz xəstəliyinə tutulub, 22 il sonra danışma qabiliyyətini itirib.Hokinq, zamanımızın məşhur teorik fiziklərindən birinə çevrildi. Alim 2018-ci il martın 14-də Cambridgedəki evində vəfat edib. Sonuncu məqaləsi oktyabr ayında nəşr olunub.

Son xəbərlər
Digər xəbərlər