Azərbaycanda Maliyyə Nazirliyi (MN) tərəfindən 100 manat (AZN) nominal dəyərdə emissiya edilən dövlət ortamüddətli istiqrazlarının (DOİ) bazar dəyəri son illərdə müşahidə edilən ən aşağı həddə ticarət olunur.
Bu barədə Banker.az-ın bazardakı mənbələrə istinadən yazır.
Ötən həftənin çərşənbə günü baş tutan hərracda Maliyyə Nazirliyinin istiqrazının dəyəri hətta 85,3 manata ticarət olunub. Nominal dəyərindən 14,7 manat ucuz təklif isə son illərdə müşahidə edilən ən aşağı rəqəmdir.
Maraqlı məqam isə, adətən hərraclarda tələb təklifi üstələdiyi bir zamanda istiqrazların qiymətində artım müşahidə etdiyini görürük, 28 apreldə baş tutan hərracda isə sifarişlər Maliyyə Nazirliyinin nəzərdə tutduğu 15 milyon manatı üstələyərək 17,29 milyon manatı ötmüşdü. Məlumlur ki, həmin hərracda, 3 investor tərəfindən 90 manatdan aşağı dəyərdə olan 3 mln. manat dəyərində DOİ satılıb.
Fevral ayının 5-də DOİ-lər üzrə keçirlən hərracda investorlar nominal dəyərindən 3,77 manat (103,77AZN) baha qiymətə razı olmuşdular.
Ehtimal ki, bununla dövlət xəzinəsində borcalmaya görə istiqrazların nominal dəyərindəki bu qədər aşağı dəyərdə olması investorlar üçün cəlbedici olması üçün təşkil edilir. Çünki investorlar tərəfindən bu istiqrazlara yatırım etmək manatda və eləcə də müddətin 728 gün olması bir qədər riskli görünür. Hazırda manat üzərində neftin ucuzlaşması dövründə yaranan təzyiqlər də investorları milli valyutada istiqraz alışına maraq yaratmır. İkinci bir məsələ isə Nazirlik bunu davamlı olaraq emissiya edir, bolluq var.
Azərbaycanda dollar istiqrazları 2020-ci ilin karantin rejmində belə bahalaşma ilə müşahidə edilib. Buna səbəb isə SOCAR istiqrazların dollarla olması investora üçün manatdakı məzənnə dəyişməsində risk saxlamaması və eləcə də 5% faiz ödənişinin təklif edilməsidir.