13 C
Baku
Saturday, November 23, 2024

Hökumət Dolların 2025- 2028-ci illərdə 1.70 manat səviyyəsində qalacağını nəzərdə tutur

Ortamüddətli dövr üçün makroiqtisadi proqnozlar açıqlanıb.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində səviyyəsində götürülmüşdür.

Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında
təqdim olunan proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti
2025-ci il üçün 70,0 ABŞ dolları və 2026-2028-ci illər üçün 65,0 ABŞ dolları fərz edilmişdir.
Təbii qazın min kubmetrinin orta illik ixrac qiyməti baza ssenaridə 2025-ci il üzrə 242,0 ABŞ
dolları, 2026-2028-ci illər üzrə isə 236,0 ABŞ dolları olaraq götürülmüşdür.

İqtisadiyyat Nazirliyi tərəfindən beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı
proqnozları, manatın məzənnəsinin sabitliyi, eləcə də antiinflyasiya tədbirləri əsas
götürülərək baza ssenaridə 2025-ci ildə isə 4,6 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın
tədricən azalaraq 2028-ci ildə 3,8 faiz olacağı gözlənilir. Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər