Azərbaycanda problemli kreditlərin həlli istiqamətində mexanizmlər hazırlanacaq.
Banker.az bildirir ki, bu barədə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd edilib.
Sənəddə göstərilib ki, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi üçün problemli aktivlərin həlli vacibdir.
“Bu problemin həlli sektorun kapitallaşmasına və likvidliyinə müsbət təsir edəcək. Bununla əlaqədar bu tip aktivlərin satışını stimullaşdırmaq üçün yeni mexanizmlərin yaradılması imkanları təhlil edilərək müvafiq təkliflər təqdim ediləcək. Alternativ olaraq mərkəzləşdirilmiş qaydada restrukturizasiya alətlərinin hazırlanması nəzərdən keçiriləcək və bu istiqamətdə təkliflər təqdim ediləcək.
Yaradılmış kreditlərə zəmanət mexanizmləri sektorun risk dərəcəsi üzrə ölçülmüş aktivlərin azalmasına və nəticə etibarilə banklara iqtisadiyyatı daha aktiv və cəlbedici faiz dərəcələri ilə kreditləşdirməyə imkan verəcək”,-deyə sənəddə qeyd edilib.