29 C
Baku
Thursday, September 4, 2025

“Holcim Azərbaycan” ötən il sementdən 211 mln. gəlir, 19 mln. manat üzərində xalis mənfəət əldə edib

Azərbaycanda sement istehsalçısı “Holcim Azərbaycan” ASC-nin 2024-cü il üzrə konsolidasiya edilmiş maliyyə nəticələri açıqlanıb.

Banker.az xəbər verir ki, zavodun ötənilki xalis mənfəət 19.54 milyon manat olmaqla ötən ilin 12.92 milyon manatlıq göstəricisi ilə müqayisədə 51.2% artıb.

Şirkətin müştərilərə satışdan əldə etdiyi gəlir 210.78 milyon manat təşkil edib. Öncəki ildə bu göstərici 104.22 milyon manat olduğunu nəzərə alsaq illik müqayisədə 21% artımdır. Nəticədə ümumi mənfəət illik müqayisədə 32.5% artımla 106.56 milyon manata çatıb.

“Holcim Azərbaycan”ın əməliyyat mənfəəti 34.57 milyon manat təşkil edərək əvvəlki illə müqayisədə 39% artıb. Vergidən əvvəlki mənfəət 27.53 milyon manata yüksəlib.

Sement istehsalçısının aktivlərinin həcmi 296.73 milyon manat olub və illik 1% azalıb. Bununla yanaşı, cəmi kapital 149.69 milyon manatadək artaraq 4.6% yüksəlib. Eyni zamanda, cəmi öhdəliklər 147.04 milyon manata enib və bu da ötən illə müqayisədə 5.8% azalma deməkdir.

“Holcim Azərbaycan” ötən il səhmdarlarına 12.92 mln. manat dividend ödəyib. Öncəki ildə 6.61 mln. manat ödəmişdi.

2012-ci ilin aprel ayında “Qaradağ Sement” ASC rebrendinq olunaraq “Holcim (Azərbaycan)” ASC-yə çevrilib. Şirkət dünya brendi olan “LafargeHolcim” şirkətlər qrupunun törəməsidir.

Şirkətin səhmlərinin 70%-i “LafargeHolcim” qrupuna məxsusdur. Şirkətin digər səhmdarları isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC (10%), Avropa Yenidənqurma və İnkişaf Bankıdır (10%). Səhm paketinin qalan 10%-nə digər kiçik səhmdarlar nəzarət edir.

Son xəbərlər
Digər xəbərlər