Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib, protokol tərtib edilib.
Banker.az xəbər verir ki, bu protokol Ətraf Mühitin Mühafizəsi, Təbiətdən Istifadə Və Ekoloji Təhlükəsizlik Qaydalari Əleyhinə Olan Inzibati Xətalar – 268.0.1-ci maddəsi ilə irəli sürülüb.
Protokol Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Rufan Mürsəlovdur.
İXM-in 268.0.1-ci maddəsinə görə, ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.