12 C
Baku
Saturday, November 23, 2024

“Holcim Azərbaycan”nın maliyyəsinə nəzarət edən şəxs dəyişdirilir

Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı 08.06.2022-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1065, İzmir küçəsi, 6  ünvanında yerləşən Hyatt Regency Otelin Quba zalında keçiriləcəkdir. Səhmdarların qeydiyyatı zalın foyesində saat 08:45-dan 09:45-dək aparılacaqdır.

Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin 08.06.2022-ci il tarixdə keçiriləcək Səhmdarların İllik Ümumi Yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Holcim (Azərbaycan) ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağının sədrinin seçilməsi;

2. Holcim (Azərbaycan) ASC-nin 2021-ci il üzrə audit olunmuş maliyyə hesabatlarının təsdiqlənməsi;

3. 2021-ci ilin nəticələri üzrə xalis mənfəətin bölüşdürülməsi;

4. Holcim (Azərbaycan) ASC-nin Təftiş Komissiyasına üzvün təyin edilməsi;

5. Holcim (Azərbaycan) ASC-nin nizamnaməsinə əlavələrin təsdiq edilməsi;

6. Holcim (Azərbaycan) ASC və Holcim International Finance LTD arasında borc müqaviləsinin müddətinin uzadılması.

Son xəbərlər
Digər xəbərlər