26 C
Baku
Wednesday, April 24, 2024

Holdinq 2019-cu il üzrə mənfəət vergisinin qanunsuz hesablandığını iddia edir

Azərbaycanda fəaliyyət göstərən yeddi yaşlı şirkət “Star Holdinq” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi borcunun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə məhkəməyə müraciət edib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Şirkətin Sumqayıt Kommersiya Məhkəməsina olan müraciətində, “Star Holdinq”-ə qanunsuz olaraq 2019-cu il üçün əlavə hesablanmış mənfəət vergisi üzrə 2 525 manat borcun vergi şəxsi vərəqəsindən silinməsi vəzifəsinin Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edilib.

Kommersiya məhkəməsi şirkətin iddiasını təmin  etməyib, onun səlahiyyətinfə olmadğını şərh verib. Şirkətin iddiasının təmin edib-edilməməsi təkrar  müvafiq inzibati məhkəməyə müraciətdən sonra bilinəcək.

Lakin, Dövlət Vergi Xidmətin informasiya sistemindən alınan məlumatda isə adıçəkilən şirkətin cəmi 84 manatlıq borcun olduğu göstərilir.

“Star Holdinq” MMC – Sumqayıtda 2013-cü ildən fəaliyət göstərək, cəmi 10 manat nizamnamə kapitalına sahibdir. Şirkətə təmsilçiliyi yarandığı gündən Fəxrəddin Məmmədov Abuzər oğlu edir.

Ötən ilin avqustunda F.Məmmədovun adına Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 187 A ünvanında qeydiyyatda olan və qanuni təmsilçiləri eyni şəxs olan 11 şirkət ləğv olunmuşdu

Qeyd edək ki, 2016-cı ildə vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılan hüquqi şəxslərin rəhbərləri arasında Məmmədov Fəxrəddin Abuzər oğlunun da adı yer alıb. Bu şəxsə məxsus olan 5 şirkətin vergi borcunun olduğu bildirilib.

Təxminən iki il ərzində eyni ünvanda, eyni şəxsin rəhbər olduğu onlarla şirkətin təsis olunması birmənalı qarşılanmamaqdadır.  2016-cı ildə mətbuatda yer alan xəbərlərdə qeyd olunurdu ki, bu şəxsin qanuni təmsilçi olduğu şirkətlər Sumqayıt şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olub.

vergi borc

fexreddin memmedov 2

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər