9 C
Baku
Monday, November 18, 2024

Holdinqin cənubdakı zavodundan da “Gilan” brendi götürülüb

“Gilan Holding” MMC-nin zavodlarından birinin də adından “Gilan” brendi götürülüb. Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən Lənkəran Konserv Zavodunun hüquqi adı olan “Gilan Lənkəran Konserv Zavodu” MMC adını dəyişdirib. “Bağdan” brendi ilə məhsullar istehsal edən şirkət bundan sonra “Lənkəran Konserv Zavodu” MMC kimi adlandırlacaq.

Əsası 2010-cu ildə qoyulan “Gilan Lənkəran Konserv Zavodu” MMC Azərbaycanın cənubunda 2 hektarlıq ərazidə yerləşir.

Zavod İtaliyanın “Padovan” şirkətinin texnologiyaları ilə təchiz edilib və saatda 5 000 litr istehsal gücünə malik 2 xətti malikdir. Həmçinin müəssisədə meyvə püresi və aseptik dolumlu tomat pastası istehsal edən xətt fəaliyyət göstərir. Məhsullar “Bağdan” ticarət nişanı ilə istehsal edilir.

Artıq bir neçə ildir “Gilan Holding” MMC-yə yaxın olan törəmə müəssisələri ya digər şirkət tərəfdən satın alınır, ya da bu brenddən imtina edir – tamamı ilə başqa bir adla fəaliyyət göstərir.

Bununla da ismində “Gilan” olan 14-15 şirkət son iki ildə dəyişikilyiə gediblər. Sonuncu dəfə “Gilan Dairy Farms” MMC “Qəbələ Aqropark” MMC-yə və “Gilan İnşaat” MMC isə “1st Construction” MMC-yə çevrilmişdi.

İlin əvvəli isə ana şirkət “Gilan Holding” MMC-nin 100 milyon manata yaxın olan nizamnamə kapitalı 100 manata qədər azaldılmışdı.

 

Son xəbərlər
Digər xəbərlər