-3 C
Baku
Sunday, December 15, 2024

Holland şirkəti 1648-ci ilin istiqrazına görə faiz ödəyir

1648-ci ildə Hollandiya şirkəti De Stichtse Rijnlanden müddətsiz istiqrazlar buraxır və bu istiqrazların satışından əldə edilən gəlir Lek çayında kiçik limanın inşasına yönəldilməli idi.

Qeyd edək ki, həmin liman hazırda da ölkənin əsas su yollarından biridir. Qiymətli kağız isə özlüyündə 20-30 santimetr ölçüsündə, keçi dərisindən hazırlanmış, xüsusi kəsimə sahib idi. İstiqraz buraxıldığı zaman onun dəyəri 1000 qulden idi ki, bu da cari məzənnə ilə 509 dollar edir.

Yale universiteti (ABŞ) 2003-cü ildə 24 000 avroya istiqrazı muzey eksponatı qismində əldə etmiş və o zamandan etibarən ona gəlir gətirə biləcək istiqraz kimi ciddi yanaşmamışdı. Lakin universitet və Stichtse Rijnlanden şirkətinin əməkdaşları ilə telefon danışığından sonra belə məlum olur ki, holland şirkəti faiz ödəməyə imtina etmir. 21 sentyabr tarixində Yale universitetinə ödənişlərlə bağlı simvolik çek göndərildi, 136.20 avro dəyərində məbləğ isə universitetin hesabına köçürüləcək.

İstiqraza diqqətlə baxdıqda belə məlum olur ki, 1943-cü ildən başlayaraq onunla ödəniş edilməyə başlanılıb. İllik ödəniş 11.34 avroya bərabər olan 25 qulden təşkil edir.  Bundan əlavə, buna oxşar daha 4 istiqrazın olduğu və holland şirkətinin hələ də onun üçün faiz ödədiyi deyilir. Bu istiqrazların ən qədimin buraxılma tarixi isə 1624-cü il olaraq göstərilir.

Son xəbərlər
Digər xəbərlər