6 C
Baku
Sunday, December 15, 2024

“Hollandiya iqtisadi xəstəliyi”

Müasir iqtisadi elmdə ölkə iqtisadiyyatının effektivliyinin xammal ixracının artımı səbəbindən enməsi “Hollandiya xəstəliyi” adlandırılır. Termin ilk dəfə 1977-ci ildə Economist jurnalının bir nəşrində istifadə edilmişdir. Bu nəşr Hollandiyada təbii qazın əldə edilməsi həcminin artırılması ilə ölkədə sənaye istehsalının azalması arasında əlaqənin təyin edilməsinə həsr edilmişdi.

1959-cu ildə Hollandiyada Qroninqen əyalətində nəhəng qaz yatağı aşkar edilir. Təqribən eyni zamanda Şimal dənizinin dibində də geniş miqyaslı qaz yatağı aşkar edilir. Bu yataqlardan əldə edilən təbii qaz Hollandiyanı tam olaraq qazla təmin edir, həmçinin xammalı Norveç və Böyük Britaniyaya ixrac etməyə imkan yaradır.

1970-ci ildə ixrac məhsullarından gələn gəlir ölkəyə əcnəbi valyuta axını yaradır və milli valyutanın güclənməsinə səbəb olur. Bundan əlavə, əhalinin gəlirinin artması məhsul və xidmətlərə olan tələbatı artırır ki, bu da qiymətlərin artmasına və idxal həcminin artırılmasına gətirib çıxarır. Xarici məhsullar əhali üçün yerli məhsullardan daha əlçatan idilər. Yerli sənaye həm ölkədaxili, həm də məhsulların ixracında problemlər yaşamağa başlayır. Bu da öz növbəsində sənaye sektorunda işsizlik səviyyəsinin artmasına gətirib çıxarır. Nəticədə emal sənayesində güclü artım fonunda əhali və qaz emalı ilə məşğul olmayan biznesin vəziyyəti pisləşirdi.

“Hollandiya xəstəliyinin” iqtisadi modeli 1982-ci ildə alman əsilli avstraliyalı iqtisadçı Varner Maks Korden və onun irlandiyalı kolleqası Piter Niri tərəfindən yaradılıb. Bu modelə əsasən iqtisadiyyat üç sahəyə bölünür: qeyri-ticari məhsul və xidmətlər, daha doğrusu ölkələr arasında bölünməyən məhsul və xidmətlər; ticarət edilən məhsulların sürətli artımı; ticarət edilən məhsulların inkişaf etməyən sektoru.

“Hollandiya xəstəliyi”-nin nəticəsi olaraq emal edilən sahənin və xidmət sahəsinin sürətli inkişafı və yaxud yenidən istehsal sektorunda enmələr özünü göstərir. Bu effekt milli valyutanın real məzənnəsinin artması və qiymətlərin qalxması ilə güclənir. “Hollandiya xəstəliyi”-nin uzun müddət davam etməsi halında  istehsal sənayesi dünya bazarındakı rəqabət qabiliyyətini itirir. Son nəticədə isə, xammal bitdikdə və yaxud xammal dəyəri endikdə ölkə çətin iqtisadi vəziyyət ilə üzləşir.

Son xəbərlər
Digər xəbərlər