Hollandiyanın xarici işlər naziri Vopka Hukstranın hesabatına görə, ölkənin maliyyə qurumları rusiyalıların 632 avroluq aktivlərini dondurub.
Banker.az bu barədə “Vedmosti”yə istinadən xəbər verir.
“Araşdırmalar və yoxlamalar sanksiyaya məruz qalan şəxslərin xeyli hissəsində dondurulmamış aktivlərin olmadığını göstərir”, – deyə mesajda bildirilir.
Hukstra həmçinin qeyd edib ki, 20 yaxta ilə bağlı məsələ xüsusi nəzarətə götürülüb. “Gömrük orqanları tərəfindən 33,5 min konteyner yoxlanılıb və malların ixracı üçün 63 000 bəyannamə nəzərdən keçirilib”, – sənəddə deyilir.
Avropa İttifaqı ölkələri ölkələri Rusiya qoşunlarının Ukrayna ərazisində hərbi əməliyyatına başladıqdan sonra sanksiyalar siyasəti çərçivəsində Rusiya vətəndaşlarının aktivlərini dondurur. Belə ki, Belçika hakimiyyəti Rusiyanın 10 milyard avro, Lüksemburqun 2.5 milyard avro, İtaliyanın 800 milyon avrodan çox, Fransanın 150 milyon avro (Rusiya Federasiyası Mərkəzi Bankının vəsaitləri istisna olmaqla), Polşanın 30 milyon avro məbləğində aktivlərinin dondurulduğunu bildirib.
Ukraynadakı vəziyyətlə əlaqədar sanksiyalara məruz qalan bir sıra rusiyalı iş adamlarının yaxtaları və daşınmaz əmlakı həbs edilib. Belə ki, İtaliyada Aleksey Mordaşovun, Andrey Melniçenkonun və Gennadi Timçenkonun yaxtaları, Əlişer Usmanovun və Pyotr Avenin daşınmaz əmlakı, həmçinin Dövlət Dumasının keçmiş deputatı Oleq Savçenko və teleaparıcı Vladimir Solovyovun villaları həbs edilib.