3 C
Baku
Şənbə, Yanvar 22, 2022

Hollandiyada iyunun 5-dən koronavirusla bağlı bəzi məhdudiyyətlər ləğv ediləcək

Hollandiya hökuməti iyunun 5-dən etibarən koronavirusa qarşı mübarizə məqsədilə tətbiq edilmiş bir sıra məhdudiyyətləri ləğv edəcək.

Bu barədə Hollandiyanın Baş naziri vəzifəsini icra edən Mark Ryutte bildirib.

Baş nazir deyib ki, məhdudiyyətlərin ləğv edilməsinin növbəti mərhələsinin əvvəlcə iyunun 9-da qüvvəyə minməsi planlaşdırılırdı, lakin koronavirusa yoluxma və ölüm sayında sürətli azalma müşahidə edildiyindən tarixidə dəyişiklik edilib.

Yeni qərara görə, kafe, bar və restoranların daxilində də müştərilərə xidmət göstəriləcək. İş saatları axşam 22:00-a qədər uzadılacaq.

Bunda başqa, muzey, teatr və kinoteatrların fəaliyyəti bərpa olunacaq. Bir ailə üçün gündəlik maksimum qonaq qəbul etmək sayı ikidən dördə yüksələcək.

“Artıq məhdudiyyətlər əvvəlki kimi sərt deyil. Lakin, eyni zamanda, bu, bizim üzərimizə əlavə məsuliyyətlər qoyur. Buna görə hər kəsi müvafiq qaydalara sadiq qalmağa, maska taxmağa, 1,5 metr məsafəni qorumağa və peyvənd olunmağa çağırıram”, deyə Baş nazir əlavə edib.

Mənbə:Apa.az
Son xəbərlər
Oxşar xəbərlər