Yaponiyanın avtomobil istehsalçısı “Honda Motor Co” əyləc sistemindəki problemlərə görə Çində istehsalı olan 200 mindən çox avtomobili geri çağıracaq.
Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsinin məlumatına görə, geri çağırılan nəqliyyat vasitələrinin 106 mini “Honda” kompaniyasının 2018-ci ilin oktyabrından 2020-ci ilin sentyabrına qədər yerli “Dongfeng Motor Group Co”, 95 mini isə “Guangzhou Automobile Group Co” kompaniyaları ilə birgə istehsal etdiyi hibrid avtomobillərdir. “Honda”nın çinli tərəfdaşları geri çağırılan avtomobillərdə nasaz komponentləri yenisi ilə əvəzləyəcək.
Mart ayında başa çatan son maliyyə ilində “Honda” kompaniyası Çində 1.62 milyon avtomobil istehsal edib ki, bu da öncəki illə müqayisədə 14 faiz azdır.