18 C
Baku
Thursday, May 23, 2024

Honda şirkətinin yaradıcısından uğurun sirləri

Uğurlu biznes üsyankar ruhdan yaranır. Bunun da özünəməxsus məntiqli izahı var: təkcə rasional təsəvvürlərə əməl etsək, ümumi qəbul olunmuş qaydalar çərçivəsindən kənara çıxmasaq, riskləri uzun və əsaslı şəkildə ölçüb-biçsək, onda bütün ömrümüzü karyera pilləkəninin ən aşağı pillələrində keçirməli olacağıq. Buna parlaq nümunə kimi Soitiro Honda adlı üsyankar-yaponun bioqrafiyasını göstərmək olar. O, avtomobil və motosiklet istehsalı üzrə bütün dünyada məşhur olan Honda şirkətinin yaradıcıdır. 

Uşaqlıq arzusu

Soitiro Yaponiyanın aqrar regionlarından birində kasıb ailədə anadan olmuşdur. Onun atası dəmirçi, eyni zamanda kiçik velosiped dükanının sahibi idi. Görünür ki, uşaqlıq illəri Soitironun gələcək peşə marağına təsir göstərib. Məhz öz vətəni-əyalətdə o ilk dəfə avtomobil ilə tanış oldu. Bir neçə il sonra Honda bu epizod haqqında öz bioqrafiyasında yazır: “Dünyadakı hər şeyi unudaraq, mən maşının arxasınca qaçdım… Mən son dərəcə həyəcanlanmışdım. Fikirləşirəm ki, çox balaca olsam da, məhz həmin vaxt məndə belə bir ideya yarandı ki, nə vaxtsa özüm maşın yaradacağam”.
1922-ci ildə məktəbi bitirdikdən sonra Soitiro Tokioya yollandı və avtomobil emalatxanasında işə düzəldi. Altı il sonra əyalətə öz maşın yenidən qayıtdı. Müharibə zamanı müəssisə dağıdılmışdı və yapon yenidən muzdlu işçiyə çevrildi.

Gənc ixtiraçı

Soitiro velosipedləri kerosinli mühərriklərlə təchiz etdikdən sonra motosikletlərin istehsal etməyə başladı. Yəqin ki avtomobildə iş dalınca getmək üçün benzini yox idi. Bu ideyadan Honda Motor Company şirkəti yarandı, o çox tez bir zamanda müvəffəqiyyət qazana bildi. Dream (“Arzu”) adlı ilk motosiklet seriyası 1951-ci ildə istehsal olunmağa başladı. Yüksək etibarlılıq, rahat konstruksiya və münasib qiymətlər sayəsində o tezliklə məşhurlaşdı. Honda yeddi il sonra Yaponiyanın motosiklet istehsal edən ən iri şirkəti oldu. Bunun üçün 250 rəqib firmanı ötüb keçmək lazım oldu, onlardan əllisi yapon şirkətləri olmuşdur.

honda%20soitiro

Cəsarətli qərarlar

Növbədə avtomobil bazarı idi. Lakin bu bazar artıq çoxdan və möhkəm şəkildə bir ailə klanına məxsus konqlomerat şirkət tərəfindən ələ keçirilmişdi. Soitiroya aşkar şəkildə bildirdilər ki, Yaponiyanın yeni avtomobil istehsalçısına ehtiyacı yoxdur. Lakin o, geri çəkilsəydi, Soitiro Honda deyil, başqa biri olardı. Honda zərərli tullantıların səviyyəsini aşağı salmaq üçün katalitik konvertoru ixtira etməklə rəqiblərə sarsıdıcı zərbə vura bildi. “Zərərli tullantıların azaldılması ilə bağlı qanun qəbul olunursa, General Motors-da bunun üzərində 50 hüquqşünas, bizdə isə 50 mühəndis işləyir”, – Soitiro Honda uğuruna belə bir şərh verdi.

Biznesə xüsusi yanaşma

Soitiro həmişə biznesə özünəməxsus yanaşma ilə seçilirdi. O, tez-tez riskli qərarlar verir və çox vaxt da qazanclı çıxırdı. 20-ci əsrin 70-ci illərinin ortalarında neft böhranının baş verdiyi vaxtlarda bütün avtomobil maqnatları istehsalı aşağı salaraq, qiymətləri qaldırdılar. Lakin Honda belə etmədi. Şirkət rəhbəri iqtisadçıların tövsiyələrini rədd etdi və intuisiyaya güvənərək istehsalın həcmini qaldırdı və qiymətləri aşağı saldı. Nəticədə Hondanın satışları 76% artdı, halbuki həmin dövrdə Nissan və Toyotanın analoji göstəricisi 40% təşkil edirdi.

Soitiro Honda riskli qərarlar verərək səhv edirdimi? Əlbəttə ki, bəli. Lakin hər bir səhvini yaponiyalı öz aktivinə yaza bilirdi, bu da ona yeni zirvələr fəth etməyə imkan verirdi. “Öz işimə geri çönüb baxanda, nə qədər səhv və çox ciddi nöqsanlar etdiyimi görürəm, – Honda təsdiq etdi. – Lakin mən həm də nailiyyətlərimlə fəxr edirəm. Hərçənd ki, mən səhv dalınca səhv edirdim, mənim səhv və uğursuzluqlarım eyni bir səbəb üzündən baş vermirdi”. Bu gün Honda motosiklet istehsalı üzrə dünya lideridir. Avtomobil istehsalçılarının top-10-a daxildir. Yalnız səhvlərin öhdəsindən gəlməklə uğurun qazanılmasına inanmaq çətindir. Yəqin ki, istedad və əməksevərlik olmasa idi, bu mümkünsüz olardı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər