“Morgan Stanley”nin keçmiş treyderləri tərəfindən qurulan “Amber Group” kriptostartapı son maliyyələşdirmə mərhələsində “təkbuynuzlu”ya çevrilib.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir. Bildirildiyi kimi, şirkət 100 milyon dollar investisiya cəlb edib və onun qiymətləndirməsini on qat artırıb.
“Amber Group” 2018-ci ildə “Morgan Stanley”nin Honkonqda işləyən treyderləri – Mayk Vu, Tyantyan Kullander, Ueyn Ho, Tonu He və Lyuk Li tərəfindən qurulub. 2015-ci ildə şirkətin bütün qurucularının 20 yaşı olub, onlar əvvəlcə alqoritmik ticarət və indeks fyuçersləri layihələrə start versələr də, sonra kriptovalyutaya keçiblər.
Hal-hazırda “Amber”in qrupunda “Tencent Holdinq” və “Goldman Sachs Group”dan 300-dən çox insan çalışır.
“Həm ticarət, həm də maliyyə xidmətləri daha texnoloji və avtomatlaşdırılmış olmalıdır”, – deyə “Amber”in icraçı direktoru Mayk Vu vurğulayıb. Şirkətin maliyyə direktoru olan Tyantyan Kullander bildirir ki, “Amber” 60%-dən yüksək marjaya sahibdir. O, startapın neytral strategiyaya sadiq qaldığını və 2021-ci ilin birinci rübündə 60 milyon dollar cəlb etdiyini əlavə edib.