26 C
Baku
Wednesday, April 24, 2024

“Honor” cihazların Rusiyaya rəsmi tədarükünü dayandırıb

Çinin “Honor” smartfon istehsalçısı (“Huawei” şirkətinə məxsusdur) cihazların Rusiyaya rəsmi tədarükünü dayandırıb.

Qeyd olunur ki, şirkət məhsullarını Rusiyaya paralel idxal sxemi üzrə həyata keçirməyi düşünür.

Bunun üçün “Honor” artıq Özbəkistandakı tərəfdaşları ilə müqavilələr bağlayıb, həmçinin Ermənistan və Gürcüstanda tərəfdaşlar axtarır.

Məlumatda həmçinin qeyd olunur ki, 2022-ci ilin ikinci rübündə “Honor”un Rusiya smartfon bazarında real payı 4.2 faiz təşkil edib.

MənbəOxu.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər