“Honor” brendinin beşinci nəsil mobil rabitəni dəstəkləyəcək ilk smartfonu “Honor V30” olacaq.
Xarici KİV-ə istinadən xəbər verilir ki, bunu “Weibo” sosial şəbəkəsindəki hesabında şirkətin prezidenti Çjao Min bəyan edib.
Onun sözlərinə görə cihaz avtonom (SA) və qeyri-avtonom (NSA) 5G şəbəkəsi ilə işləyəcək.
©Finans.az