7 C
Baku
Sunday, December 15, 2024

Honq Konq doqquz ölkə ilə bağlı uçuşlara qoyulan qadağanı ləğv edir

Aprelin 1-dən Honq Konq hakimiyyəti ilin əvvəlində koronavirusun omikron ştammının yayılması ilə əlaqədar doqquz ölkə ilə uçuşlara qoyulan qadağanı ləğv edəcək.

Bu barədə yerli administrasiyanın rəhbəri Kerri Lam bu gün keçirilən mətbuat konfransında bildirib.

Məlumata görə, Avstraliya, Böyük Britaniya, Hindistan, Nepal, Kanada, ABŞ, Pakistan, Filippin və Fransaya uçuşlar bərpa olunacaq.

Bundan əlavə, Kerri Lamın sözlərinə görə, sərnişinlər ölkəyə gələndən sonra COVID-19-a dair testlər mənfi nəticə verərsə, otellərdə karantin müddəti iki həftədən bir həftəyə endirilə bilər.

Eyni zamanda, Honq Konqa giriş hələ də yalnız şəhər sakinləri üçün açıqdır.

Son xəbərlər
Digər xəbərlər