10 C
Baku
Friday, December 13, 2024

“Hotellər qaz xəttinin çəkilməsi ilə bağlı xərcləri layihəyə əlavə edilə bilər”

Turizm sahəsində biznes quran sahibkarlar qaz infrastrukturunun qurulması üçün əlavə xərclərlə üzləşirlər.

Bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) bu gün turizm sektorundan olan sahibkarlarla görüşündə sektor nümayəndələri səsləndiriblər.

Turizmçilər hesab edir ki, hotellərin yaxud digər qonaqlama yerlərinin tikintisi zamanı qaz təsərrüfatının qurulması böyük xərclər bahasına baş verir. Onlar SİF-dən bu məsələdə dəstək vermələrini istəyiblər.

SİF-in müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov isə bu məsələdə təmsil etdiyi qurumun mövqeyini açıqlayıb:

“Fondun fəaliyyət istiqamətləri Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş Nizamnamə ilə müəyyən olunur. Nizamnamədə də göstərilib ki, Fond maliyyə dəstəyi göstərir. Əgər sizin layihənin tərkibində qaz xəttinin çəkilməsi ilə bağlı hansısa avadanlığın alınması yaxud işlərin görülməsi ilə məsələlər varsa onu layihəyə əlavə edə bilərsiniz. Amma oradakı texniki məsələlər, “Azəriqaz”ın və digər qurumlarla bağlı məsələlər SİF-in səlahiyyətlərinə aid deyil”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər