7 C
Baku
Thursday, December 12, 2024

HR mütəxəssis – Qara-Chay Holding

HR mütəxəssis

Vəzifə öhdəlikləri:
  • Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi;
  • Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi bağlı sənədlərin tərtib edilməsi;
  • Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edilməsi;
  • Vəzifə təlimatlarının hazırlanması;
  • İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatının aparılması, məzuniyyətdən vaxtında, tərtib edildiyi halda qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat  bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin oraya daxil edilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
  • İşçilər barədə hesabatların tərtib edilməsi və tələb olunan yerə vaxtında təqdim edilməsi;
  • İşçilərin iş fəaliyyətinin qiymətləndirilməsi;
  • Struktur bölmələrin rəhbərləri ilə birgə işçilərin təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi, tələb olunan vaxtda icra edilməsi;
  • Daxili ünsiyyətin inkişafına yönələn tədbirlərin təşkil edilməsi;
  • Əmək haqqı hesablaması üçün Mühasibatlıq şöbəsi ilə əlaqəli şəkildə fəaliyyət göstərilməsi və tələb olunan vaxtda məlumatların hazırlanaraq təqdim edilməsi;
Namizədə tələblər:
  • Ali təhsil;
  • Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə biliklər;
  • Azərbaycan dili mükəmməl, Rus və ingilis dilləri orta;
  • Ünsiyyət qurma qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə;
Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifənin adını ” HR mütəxəssis ” qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.
Son xəbərlər
Digər xəbərlər