Böyük Britaniyanın “HSBC” maliyyə konqlomeratı son bir ildə blokçeyn texnologiyasının köməyi ilə “HSBC FX Everywhere” platforması vasitəsilə 250 milyad ABŞ dolları həcmində valyuta mübadiləsi üzrə 3 mln. əqd və 150 min ödəniş həyata keçirib.
Banker.az “Finans.az”-a istinadən xəbər verir ki, bu pozitiv məqamları nəzərə almaqla “HSBC” gələcəkdə beynəlxalq müştərilərlə işdə də bu texnologiyanın tətbiqini nəzərdən keçirməyə hazırdır.
Xatırladaq ki, ötən il “HSBC” və “İNG Bank” blokçeyn texnologiyası vasitəsilə dünyada ilk ticarət-maliyyə əməliyyatı apardı.