10 C
Baku
Wednesday, December 11, 2024

“Huawei” arterial təzyiqi ölçən saat təqdim edib

“Huawei” şirkəti “Huawei Watch 3 Pro” ağıllı saatlarının yeni modelini təqdim edib. Yenilik “Huawei Watch D” adını alıb, EKQ funksiyasını dəstəkləyir və tonometr (təzyiqölçən) kimi işləyir.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

3

Yeni saatda “Huawei”in özünün istehsal etdiyi müstəqil GPS naviqasiya sistemi də var. İstehsalçının sözlərinə görə, bu, idmançılara olduqları məkanı izləməyə imkan verəcək.

4

Eyni zamanda istifadəçi ürək döyüntüsü və qan təzyiqi haqqında məlumatlar daxil olmaqla, cari sağlamlıq vəziyyəti haqqında məlumatlandıracaq. Bundan əlavə, aksesuar eSim funksiyasını dəstəkləyir və suya davamlıdır. Yeniliyin qiyməti €449 təşkil edir.

Son xəbərlər
Digər xəbərlər