27 C
Baku
Saturday, July 27, 2024

“Huawei” dünyanın ən nazik və yüngül planşetini təqdim edib – Video

“Huawei” şirkəti bazarda ən incə və ən yüngül 11 düymlük MatePad Pro 11 planşetini təqdim edib. Cihaz AMOLED ekran, 8 və ya 12 GB operativ yaddaş və 125, 256 və 512 GB daxili yaddaşla təchiz olunub. Planşetin eni 5.9 mm, çəkisi isə 449 qram təşkil edir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Planşet həmçinin altı dinamik, 16 MP-lik ön və 13+8 MP arxa kamera alıb. Qeyd edildiyi kimi, MatePad Pro 11 həm də M-Pencil stilusunu və Smart Magnetic klaviaturasını dəstəkləyir.

Planşetin qiyməti 485 dollardan başlayır, onun 2022-ci ilin avqustunda satışa çıxacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər