Ənənəvi maliyyə sənayesi innovativ texnoloji xidmətlər ilə sıxışdırılır. Bazar iştirakçılarının davam edən dəyişiklərə necə uyğunlaşa biləcəkləri haqqında “Huawei” in baş mütəxəssisi Yutian Vang danışdı.
Bu gün köhnə tipli maliyyə şirkətləri böyük problemlərlə üzləşirlər. Mobil və İnternet texnologiyalarının inkişafı istehlakçıların davranışlarına təsir göstərərək, ödənişlərin qəbul edilməsi, kredit vermə, investisiya qoyuluşu, aktivlərin idarə edilməsi, müştərilərin cəlb edilməsi və onlara xidmət göstərilməsi kimi sahələrdə inqilabi dəyişiklərə səbəb olmuşdur. Bizə tanış olan maliyyə xidmətləri onlayn texnologiyaları tamamlayan, rahat giriş kanalları yaradan və vasitəçi bağlantıları zəncirlərdən çıxardan yeni xidmətlər ortaya çıxır.
Ənənəvi bazar iştirakçıları mövqelərini qorumaq barədə düşünməlidirlər, xüsusən də pərakəndə satış sahəsində. Bunun fonunda açıq bankçılıq anlayışı populyarlıq qazanır (üçüncü tərəf tətbiqetmələri üçün bank məlumat sistemlərinə girişi nəzərdə tutur). Tədricən onun postulatları nəzəri müstəvidən praktik plana keçir, bu da sənayenin transformasiyasında yeni bir mərhələnin başlaması haqqında danışmağa imkan verir. Bunun üçün adi iş sxemlərinə yeniliklər əlavə etmək kifayət deyil – biznes proseslərinin dərin yenidən qurulması tələb olunur.
Aydındır ki, gələcəkdə maliyyə xidmətlərini insan həyatının demək olar ki, hər hansı bir sahəsinə asanlıqla inteqrasiya etmək mümkün olacaqdır. Banklar faktiki olaraq hər yerdə olacaqlar.
Uğurun açarı məlumatlarla işləmək bacarığıdır
Ənənəvi oyunçular üçün açıq bankçılıq yalnız əlavə imkanlar deyil, həm də çətinliklərdir. Daxili və xarici prosesləri fərqli şəkildə qurmaq, yeni şərtlərdə müştəriləri necə cəlb etməyi və eyni zamanda gəlirli qalmağı öyrənmək lazımdır. Bütün bunlara necə nail olmaq olar? Cavab – məlumatların düzgün istifadəsi sayəsində.
Maliyyə sektoru hər zaman tərkibi müəyyən bir şirkətin xüsusiyyətləri ilə müəyyən edilən böyük həcmli məlumatların istehsalçısı, sahibi və istifadəçisi olmuşdur. Bu, ilk növbədə banklara aiddir. Onlar toplanmış məlumatların təhlilinə və nəticələrinə əsaslanaraq qərar qəbul edirlər.
Böyük həcmli məlumatlar maliyyə yeniliyinin vacib mənbəyinə çevrilir. Bazar iştirakçıları əllərində olan resursun dəyərini dərk edib onun monetizasiyası üçün müvafiq tədbirlər görməlidirlər. Demə bilərik ki, toplanmış məlumatlarla işləmək qabiliyyəti rəqəmsal transformasiya yolunda uğurun əsas amilidir.
Banklar üçün yeni imkanlar
Böyük məlumatların təhlili və süni intellekt müxtəlif problemləri həll etmək üçün istifadə olunur. Məsələn, bankların təklif etdiyi xidmətlərin keyfiyyətini, müştəri məmnuniyyətini artırmağa kömək edir. Bundan əlavə, onlar fırıldaqçılıq cəhdlərini müəyyənləşdirmək, riskləri qiymətləndirmək və məhdudlaşdırmaq üçün istifadə edilə bilər. Həmçinin, bunların sayəsində idarəetmə qərarlarının effektivliyini artırmaq mümkündür.
Məsələn: daxili və xarici məlumatların hərtərəfli təhlili nəticəsində bank təcili kredit almaq üçün müraciət edən müştərinin ödəmə qabiliyyətini qiymətləndirə bilər, bu da risklərin əməliyyat xərclərinin azalmasına və kreditlərin gəlirliyinin artmasına səbəb olur.
Maliyyə sektorunda böyük həcmli məlumatlarla işləmək üç mərhələni əhatə edir.
- Aqreqasiya və emal
İnformasiyanın toplanması metodları yeniləri ilə əvəz olunur. Paylanmış saxlama, bulud resursları və xüsusi texnoloji platformalar, bir tərəfdən təhlil üçün imkanları genişləndirir və proseslərin ölçülərini təmin edir, digər tərəfdən korporativ İT infrastrukturunun qurulması və saxlanması xərclərini əhəmiyyətli dərəcədə azaldır.
- Onlayn-təhlil və qərarların qəbulu
Bu mərhələdə şirkətin fəaliyyətinə “big data” mexanizmlərin yeridilməsi prosesi həyata keçirilir. Paralel hesablama və “in-memory” texnologiyası real vaxtda məlumatların emalı və risklərin idarə edilməsi, habelə digər fəaliyyət sahələrində “ağıllı qərarlar” qəbul etmək üçün güclü vasitələr yaratmağa imkan verir.
- Süni intellekt
İT platformalarının gücü artdıqca və böyük həcmli məlumatlarla işləmək üçün yeni ssenarilər meydana çıxdıqca maliyyə sektorunda müvafiq texnologiyalar tətbiq olunmağa başlayacaq.
Süni intellekt nədir? Əslində, bu, kompüter texnologiyasında istifadə edən insanın təfəkkürünün və intellektual davranışının təzahürüdür (öyrənmə, düşünmə, planlaşdırma kimi proseslər də daxil olmaqla). Gələcəkdə onlar beyni təqlid edəcək qədər mükəmməl hala gələ bilərlər.
Bu gün böyük həcmli məlumatların təhlili üçün texnologiya kimi süni intellektdən istifadə edilməsi, ən çox müzakirə olunan mövzulardan biridir. Yaxın gələcəkdə bu texnologiya istehlakçılarla qarşılıqlı əlaqədə, risklərin idarə edilməsində və yeni məhsulların yaradılmasında istifadə ediləcəkdir.
“Huawei” in təklifi
Şirkətimiz illərdir məlumatla işləmək, paylanmış saxlama texnologiyası və süni intellekt üçün platformalar inkişaf etdirir. Müxtəlif ölkələrdə bizə məxsus olan səkkiz tədqiqat mərkəzi fəaliyyət göstərir. Qeyd olunan sahələrdə yüzlərlə ixtiraya patent verilib.
“Huawei” maliyyə sektorundan olan müştərilər üçün yeni həll yollarını təklif edir. Bu, böyük həcmli məlumatlarla (şəbəkələr, serverlər, bulud saxlama), məlumatların işlənməsi, paralel hesablama, görülən tədbirlərin qiymətləndirilməsi, tətbiqlərin idarə edilməsi və inkişafı üçün işlənmiş ikitərəfli infrastruktur.
Dünyadakı onlarla bank köhnə məlumat bazalarını əvəz etmək, real vaxt rejimində analitika əldə etmək, süni intellekti tətbiq etmək s. şirkətin məhsullarından istifadə edir. “Huawei” və tərəfdaşlarımızın təklif etdiyi həll yolları maliyyə bazarının iştirakçılarına mövcud müştəri məlumatlarının potensialını tam açmağa, iş dəyərini artırmağa və rəqabət üstünlüyünü qorumağa imkan verəcəkdir.