3 C
Baku
Saturday, December 14, 2024

“Huawei” in qurucusu 5G texnologiyasını Qərb alıcılarına satmaq istəyir

“Huawei Technologies” şirkətinin qurucusu olan Ren Zhengfei, 5G texnologiyasını potensial Qərb alıcıları ilə bölüşməyə hazır olduğunu söyləyib.

Banker.az xəbər verir ki, bu haqda South China Morning Post yazır.

Sahibkarın sözlərinə görə, texnologiya nəhəngi alıcıya patentlərə, lisenziyalara, kodlara və şirkətin nou-xau-larına daimi çıxış imkanını verəcəkdir.

Alıcı kodu dəyişdirə biləcəkdir. Bu o deməkdir ki, nə “Huawei”, nə də Çin hökuməti telekommunikasiya infrastrukturuna nəzarət etməyəcək.

Ren Zhengfei-nin əsas məqsədi 5G sahəsində “Huawei”  üçün rəqib yaratmaqdır. Onun fikrincə, bu Qərb ölkələrinin narahatlıqlarını azaldacaqdır və azad rəqabət mühitini yaradacaq.

“Maraqların balanslaşdırılmış şəkildə paylanması şirkət üçün çox vacibdir”, – Ren hesab edir.

Xatırladaq ki, “Huawei” telekommunikasiya avadanlığının ən iri istehsalçılarından biridir. ABŞ şirkəti Çin hökuməti ilə əlaqələrin qurulmasında ittiham edərək, ona ciddi nəzarət edir. “Huawei” bütün ittihamları rədd edir.

May ayında ABŞ-ın Ticarət Nazirliyi “Huawei” i və onunla əlaqəli olan hüquqi şəxsləri “qara siyahı” ya daxil etmişdir.

Fox Business kanalının verdiyi məlumata görə, amerikan şirkətlərinə “Huawei” ilə əlavə olaraq 90 gün əməkdaşlıq etmələrinə xüsusi lisenziya verilib.

 

Son xəbərlər
Digər xəbərlər