2 C
Baku
Saturday, December 14, 2024

“Huawei” itirilmiş əşyaların axtarışı üçün ilk cihazını təqdim edib

Çinin “Huawei” şirkəti unudulmuş və ya itirilmiş əşyaların axtarışı üçün nəzərdə tutulmuş ilk cihazını elan edib: yenilik “Huawei Tag” adlanır və satışı iyulun 30-da başlayır.

İtirilmiş əşyaların axtarışı Huawei Find şəbəkəsi vasitəsilə həyata keçirilir. İnteqrasiya edilmiş səs siqnalı 92 dB-ə qədər siqnal verə bilir. Məkan məlumatı şifrələnmiş formada ötürülür.

“Huawei Tag” təxminən 15 dollara başa gəlir. O, 32,0 × 31,2 × 5,6 mm ölçüdədir. Bir yükləmə təxminən bir ilə qədər istifadə üçün bəs edir.

Son xəbərlər
Digər xəbərlər