Banker.az saytının rus mətbuatına istinadən verdiyi xəbərə görə, Huawei şirkətinin keçmiş mühəndisi Çjen Çzyaçzya öz yaratdığı İn İn adlı robot ilə ailə həyatı qurub.
Robot İn İn bir neçə söz bilməklə yanaşı, təsvirləri və bir neçə çin heroqlifini ayırd edə bilir. Mühəndisin sözlərinə görə, o, gələcəkdə “həyat yoldaşı”-nın evdə sərbəst şəkildə hərəkət edə bilməsi üçün bu cihazı təkmilləşdirməyi planlaşdırır.
Toy mərasimində isə mühəndisin anası və dostları iştirak edib. Bu zaman robota ətək və qara kostyum geyindirilmiş, başına isə qırmızı yaylıq bağlanmışdı. Çjenin tanışlarının sözlərinə görə, o qızlarla yaşadığı problemlərə görə robot ilə evlənmək qərarına gəlib. Nikahın rəsmi qeydiyyatı ilə bağlı isə heç bir məlumat verilməyib.