13 C
Baku
Tuesday, May 7, 2024

“Huawei” nəbzi və bədən istiliyini ölçən qulaqlıqlar təqdim edib

“Huawei” şirkəti yeni simsiz qulaqlıqları – istifadəçinin nəbzini və bədən istiliyini ölçə bilən FreeBuds Pro 2+ modelini təqdim edib. Yeniliyin Çində satışı aprel ayında başlayacaq. Qulaqcıqların digər bazarlarda görünmə vaxtı açıqlanmır.

FreeBuds Pro 2+ infraqırmızı və yaşıl işıqlı sensorlara malikdir ki, bu da ona nəbzi 95% dəqiqliklə ölçməyə imkan verir. Bildirilir ki, aksessuar 47 dB-ə qədər səs-küyün azaldılmasını təmin edir, IP54 standartına uyğun olaraq tozdan və nəmdən qorunma isə onu idman məşqləri zamanı istifadə etməyə imkan verir.

Səs-küyün azaldılması funksiyası aktiv olduqda aksesuar 3.7 saata qədər işləyə bilər (səs-küy azaldılmadan 5.8 saata qədər). Yenilik simsiz enerji doldurma dəstəyinə malikdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər