Huawei şirkəti öz əməliyyat sisteminin istifadəyə verilməsi barəsində yeni məlumatlar verib. Beləliklə məlumata əsasən şirkətin fərdi əməliyyat sistemi 2012-ci ildən bəri hazırlanır. Lakin onun mövcudluğu yalnız keçən il məlum olmuşdu. Şirkətin CEO-su olan Richard Yu bildirib ki, onlar Google ilə Microsoft ekosistemlərindən tamamilə imtina etməyə hazırdırlar.
Bu barədə CNBC saytına istinaadən 4pda saytı xəbər verib. “Bugün Huawei-də biz hələ də Microsoft Windows ilə Google Android-in tərəfdarıyıq. Lakin əgər biz bu əməliyyat sistemlərindən bir daha istifadə edə bilməsək, bizim öz əməliyyat sistemimizin işə salınması üzrə B planımız var” – deyə Richard Yu bildirib.
O həmçinin qeyd edib ki, şirkətin fərdi əməliyyat sistemi yalnız o halda istifadəyə veriləcək ki, şirkət mövcud olan problemi və Google ilə Microsoft şirkətlərinin ekosistemlərindən istifadə məsələsini həll edə bilməsin. Onun sözlərinə əsasən şirkət bunu etmək istəmir. Lakin başqa çıxış yolu da yoxdur. Həmçinin Richard Yu bildirib ki, bunun nəticəsində təkcə Huawei şirkəti deyil, həmçinin Huawei ilə əməkdaşlıq etmiş ABŞ şirkətləri də zərər görəcəklər.
Richard Yu-nun sözlərinə səasən əgər yaranmış problem öz həllini tapa bilməsə, şirkət fərdi əməliyyat sistemini artıq bu ilin dördüncü rübündə Çində istifadəyə verəcək. Əməliyyat sisteminin qlobal versiyasının istifadəsinə isə 2020-ci ilin birinci və ikinci yarısında start veriləcək. Bununla yanaşı istifadəçilər tətbiqlərsiz qalmayacaqlar. Şirkətin fərdi əməliyyat sisteminin daxilində App Gallery adlı online mağaza fəaliyyət göstərəcək.
Technote.az