Huawei şirkətinin iki əməkdaşı, şirkətin rəsmi Twitter hesabında iPhone vasitəsi ilə Yeni il təbrikini yazdıqları üçün cəzalandırıb.
4 yanvar tarixində RİA Novosti-nin verdiyi məlumata görə, bu, Çin mətbuatı və sosial şəbəkələr tərəfindən yayılmış daxili istifadəyə dair sənəddə göstərilib. 3 yanvar tarixli sənəddə bildirilir ki, şirkətin rəsmi səhifəsində olan yazı – Twitter for iPhone, Huawei markasının nüfuzuna əhəmiyyətli təsir göstərmişdir.
Şirkətdə qeyd edilib ki, bu hal, rəhbərliyin səhlənkarlığını və prosessual qaydaların pozulmasını göstərir. Bu məsələdə günahkar olan işçilərin vəzifəsi aşağı salınıb, əmək haqları isə 5000 yuana qədər (730 dollar) azaldılıb.
Dekabr ayının əvvəlində Amerikanın yüksək texnologiya nəhəngi olan Cisco, öz işçilərini Çinə işlə bağlı olmayan səfərlərdən çəkinməyə çağırmışdı. Belə tədbirlər, Huaw şirkətinin maliyyə direktorunun Kanadada həbsi ilə əlaqədar qalmaqaldan sonra Pekinin cavab tədbirlərini ala biləcəyi qorxuları ilə əlaqələndirilir.