“Huawei” şirkəti 15 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Şirkət həm, ölkənin aparıcı mobil operatorları ilə əməkdaşlıq edir, həm də dövlət qurumları üçün İKT həllərini təqdim edir”.
Bunu “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin baş direktoru Canlin Lu deyib.
Canlin Lu bildirib ki, “Huawei” “Azərbaycan üçün” fəlsəfəsinə bundan sonra da davam edəcək: “Huawei” şirkəti gələcəkdə Azərbaycana olan investisiyalarını daha da artıracaq. Bu bir tərəfdən İKT sahəsində olan istedadları üzə çıxaracaq, digər tərəfdən isə ölkədə İKT yönümdə daha çox əməkdaş qazanacağıq. Bu əməkdaşlı hər iki tərəf üçün faydalı olacaq və Azərbaycanda İKT-nin sürətli inkişafna gətirib çıxaracaq”.
©Ted.az