7 C
Baku
Thursday, December 26, 2024

Hulusi Akar: İlk taxıl gəmisinin yaxın zamanda yola düşməsi üçün işlər gedir

“25 milyon tondan çox taxılın təhlükəsiz və qısa bir zamanda ehtiyacı olan ölkələrə ixracı üçün dəhlizin yaradılmasına tələb var idi. Ukrayna limanlarında ilk taxıl yüklü gəminin yaxın zamanda yola düşməsi üçün işlər gedir”.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda taxıl daşınması üzrə Birgə Koordinasiya Mərkəzinin rəsmi açılışında çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə, Rusiya, Ukrayna və BMT təmsilçiləri artıq 23 iyuldan mərkəzdəki işlərinə başlayıb. Onun sözlərinə görə, mərkəz ticarət gəmilərinin qeydiyyatını aparacaq və onların marşrut üzrə hərəkət etmələrini peyk vasitəsi ilə izləyəcək.

Akar əlavə edib ki, hazırda Qara dənizdə taxıl dəhlizi marşrutu üzrə mina təmizləməsi işlərinə ehtiyac yoxdur. Türkiyəli nazir “Taxıl daşınması sazişi”nin müddətinin ilkin olaraq 120 gün olduğunu da xatırladıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər