0 C
Baku
Saturday, February 1, 2025

Hüquq işləri üzrə köməkçi (FINCA Azərbaycan)

İŞÇININ VƏZIFƏSI:

  • Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
    • Öz bacarıqları daxilində Hüquq Departamentinin Meneceri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin Təşkilatın qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün daim çalışmaq;
    • Bütün fəaliyyətini Təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
    • Borcunu ödəməyən müştərilərə qarşı müvafiq xəbərdarlıq məktublarını göndərmək, iddia ərizələrini hazırlayaraq məhkəməyə göndərmək;
    • Hüquq Departamentinin fəaliyyəti zamanı inzibati işləri, sənəd dövriyyəsini təşkil etmək, kargüzarlığın müvafiq qaydada həyata keçirilməsinə nəzarət etmək;
    • Hüquq Departamentinin Meneceri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək;

TƏLƏBLƏR:

  • Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzuolunandır);
    • İstənilən sahədə 1 illik iş təcrübəsi və ya yüksək təhsil göstəricilərinin olması arzuolunandır;
    • Mülki, mülki-prosessual, inzibati məsuliyyət, maliyyə-kredit və bank qanunvericiliyini bilənlərə üstünlük veriləcəkdir;
    • Azərbaycan dilində səlis danışmaq, (İngilis və Rus dillərini bilmək arzuolunandır);
    • Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
    • Təşkilat və onun missiyasına yüksək sadiqlik;
    • Əla şəxsi keyfiyyətlər;
    • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

“FINCA Azərbaycan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 8 Oktyabr  2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№611/14) qeyd etməklə göndərə bilərsiniz.

 

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

 

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

 

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87;

“FINCA Azərbaycan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər