Hüquqi şəxsin fəaliyyətini bir neçə il dayandırdıqdan sonra yenidən bərpa edə bilərmi?
Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Vergi Məcəlləsinin 16.3-cü və 16.5-ci maddələrinə əsasən, fəaliyyətini dayandırmış hüquqi şəxsin fəaliyyətini aktivləşdirməsi üçün hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Bunun üçün müvafiq qaydada tərtib olunmuş “Vergiödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış” vergi orqanına təqdim edilməlidir.
Həmçinin hüquqi şəxsin gücləndirilmiş elektron imzası (o cümlədən “Asan İmza”) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilər.
Qeyd olunub ki, vergiödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.