7 C
Baku
Sunday, December 15, 2024

“Hüquqi xidmətlər bazarında ciddi canlanma var”

“CLC” (Corporate Legal Consultancy)  hüquq şirkətinin direktoru Pərviz Məmmədovun “ müsahibəsi

Ölkədə iqtisadiyyatın sürətli inkişafı öz növbəsində peşəkar xidmətlər göstərən şirkətlərin də inkişafını zəruri etmişdir. Sürətlə inkişaf edən bu cür sahələrdən biri də hüquqi xidmətlər bazarıdır. Hazırda hüquqi xidmətlər bazarının iştirakçıları kimlərdir və hüquq xidmətlərini əldə etmək istəyən hüquqi və fiziki şəxslər nə cür bir seçim qarşısında qalırlar?

Pərviz Məmmədov: Hazırda hüquqi xidmətlər bazarında dünyada tanınan xarici şirkətlərin yerli ofisləri, yerli hüquq şirkətləri və bir də fərdi qaydada fəaliyyət göstərən fiziki şəxslər fəaliyyət göstərirlər. Xarici hüquq şirkətlərinin əsas müştəriləri iri xarici şirkətlər və bir neçə aparıcı yerli şirktlərir . Bu hüquq şirkətləri öz xidmətlərini yerli bazar üçün nisbətən baha qiymətlərlə təklif etdiyi üçün əksər hüquqi və fiziki şəxslər bu xidmətləri almaq imkanına malik deyillər. Və bu şirkətlərin əsas üstünlyü onların bir neçə yurisdiksiyada işlər görmək imkanının olmasındadır.

Yerli hüquq şirkətləri əsasən ölkə daxilində fəaliyyət göstərən şirkətlərə və fiziki şəxslərə öz xidmətlərini təqdim edirlər. Bu şirkətlərin əsas üstünlüyü raqabət qabiliyyətli qiymətlərinin olması, yerli praktikanı və qanunvericliyi yükəsk səviyyədə tətbiq etmə bacarıqlarının olmasıdır. Bu şirkətlərin müştərilərini əsasən, banklar, sığorta şirkətləri digər maliyyə təşkilatları, istehsalçı şirkətlər və sair kommersiya qurumları təşkil edir.

Bundan başqa qeyd etdiyim kimi, hüquqi xidmətlər bazarında fiziki şəxslər də fərdi qaydada hüquqi xidmətlər təklif edirlər. Onların müştəriləri də əsasən fiziki şəxslər olur, bəzən də yerli şirkətlərə də xidmət göstərməyə çalışırlar.

HÜQUQİ ŞƏXSLƏRƏ XİDMƏT GÖSTƏRİRİK

Pərviz müəllim, rəhbərlik etdiyiniz “CLC” hüquq şirkəti də aparıcı yerli hüquq şirkətlərindən biridir. Şirkətinizi digər hüquq şirkətlərindən nə fərqləndirir?

Pərviz Məmmədov: Bizim şirkətin hüquqi xidmətlər bazarında tutduğu mövqe ondan ibarətdir ki, biz bir qayda olaraq hüquqi şəxslərə xidmət göstəririk, Şirkətimzin adından və profilindən göründüyü kimi konkret müştəri qrupuna fokuslanmaqla biz bu sahədə ən keyfiyyətli hüquq xidmətlərini göstərməyi hədəfləyirik . Xidmət göstərdiyimiz şirkətlərin fəaliyyət sferasına daxil olan bütün istiqamətlər üzrə hüquqi risklərin idarə olunmasını həyata keçiririk. Bəzən şirkət rəhbərliyində belə bir fikir olur ki, hüquq şirkəti yalnız məhkəmə və digər dövlət orqanları qarşısında şirkətin mənafeini müdafiə etməldir. Lakin bu belə deyil, bizim peşəkar hüquqşünaslarımız həm dövlət orqanları ilə, həm bank və sığorta şirkətləri ilə, həm icarədarlar və təchizatçılarla və ən əsası şirkətin müştəriləri ilə münasibətlərdə şirkətin maraq və mənafelərini müdafiə edirlər.

HÜQUQ ŞİRKƏTLƏRİ İXTİSASLAŞMALIDIRLAR

Şirkətinizin məhz korporativ müştərilərə hüquqi xidmətlər təqdim etdyini deyirsiniz bu hansı zərurətdən irəli gəlir.

Pərviz Məmmədov: Hər bir peşəkar xidmət sektorunda olduğu kimi hüququn da müxtəlif sahələri vardır. Necə ki, tibbdə uşaq həkimi böyükləri müayinə və müalicə etmir. Hüquqda da belədir. Eyni hüquqşünas və ya hüquq şirkəti həm Cinayət işləri həm Ailə nigah məsələləri həm Mülki hüquqi məsələlər üzrə yüksək səviyyədə xidmət təqdim edə bilməz. Bu təcrübə xarici ölkələrdə çox geniş yayılmışdır. Məsələn ABŞ-da elə hüquq şirkətləri var ki, onlar ancaq Miqrasiya məsələləri üzrə xidmətlər verirlər və ya yalnız Əmək hüququ üzrə xidmət göstərirlər. Hazırda qanunvericlik çox sürətlə inkişaf edir həm çoxlu dəyişiklik və əlavələr edilir hə yeni normalar qəbul edilir. Bunları təkcə izləmək kifayət deyil bunların tətbiqi təcrübəsini də təkmilləşdirmək müəyyən vaxt və resurslar tələb edir. Düşünürəm ki, hüquq xidmətləri göstərən şirkətlər və fiziki şəxslər özlərini konkret bir və ya bir neçə sahə üzrə təkmilləşdirsələr bu onların özləri üçün və xidmət göstərdikləri müştərilər üçün də yaxşı nəticələnər.

Biz hazırda şirkət daxilində də hüququn müxtəlif praktik sahələri üzrə ixtisaslaşmış qruplar formalaşdırırq. Bu bizə öz müştərilərimizə daha keyfiyyətli hüquq xidmətləri təqdim etməyə imkan verir. Hər bir praktiki qrup üçün fərqli təlimlər və inkişaf planları təsdiqlənir və icra olunur.

KEYFİYYƏTSİZ XİDMƏT GÖSTƏRƏN ŞİRKƏTLƏR BAZARI TƏRK EDİR

Bəs hüquqi xidmətlərin istehlakçıları kimlərdir kimlər daha çox müraciət edir hüquq şirkətlərinə?

Pərviz Məmmədov: Azərbaycanda hüquqi xidmətlər bazarı əvvəlki dövlərlə müqayisədə getdikcə genişlənib və bu sahədə ciddi canlanma var. Bu da şirkətlərin çoxalması iqtisadi münasibətlərin iştirakçılarının artması yeni qanunvericilik  aktlarının qəbul olunması ilə bağlıdır. Əvvəllər şirkət rəhbərləri bir çox məsələləri hüquqşünasın rəyi olmadan həll etməyə çalışırdılar, amma indi isə qanunvericilikdə dəyişikliklər artdıqca, bir çox sahələrdə qanunverciliyin tətbiqinə nəzarət gücləndikcə, artıq əksər şirkətlər hüquq şirkətlərinə üz tutur. Şirkət rəhbərləri hüquqşünasların rəyi olmadan addım atmamağa çalışırlar. Hüquq xidmətləri bazarı da buna görə genişlənir. Nəticədə isə hüquq şirkətlərinə, vəkilliklə məşğul olan şəxslərə müraciətlər artır. Həmçinin məhkəmə işlərinin həcmi də artıb. Son dövrlərdə Azərbaycanda məhkəmələrin sayı artıb, ixtisaslaşmış yeni məhkəmələr yaranıb ki, bunlar da keyfiyyətli hüquqi xidmətlərə tələbatın artmasına səbəb olur. Eyni zamanda, hüquqi xidmətlərin keyfiyyətinə də tələblər artır daha keyfiyyətli hüquqi xidmətlər tələb olunur. Bu da öz növbəsində aşağı keyfiyyətdə xidmət göstərən hüquq şirkətlərinin və hüquqşünasların bazarı tərk etməsinə gətirib çıxarır. Biz əgər proseslərə nəzər salsaq, bir çox hüquq şirkətlərinin bağlandığının şahidi olarıq. Yaxud bir çox şirkətlərin hüquqşünasları başqa, daha keyfiyyətli xidmət verən şirkətlərə keçid edirlər. Bütün bunlar göstərir ki, hüquqi şirkətlər bazarında kəskin rəqabət var və bu rəqabətə davam gətirmək bir çox şirkətlər üçün daha çətindir.

“İKİ HÜQUQŞÜNAS OLAN YERDƏ ÜÇ FİKİR FAR”

Bəs hüquq şirkətləri ilə daxili hüquq departmenti olan şirkətlərin əməkdaşlığını necə görürsünüz?

Pərviz Məmmədov: Bizdə əvvəllər bu məsələdə ümumiyyətlə təcrübə yox idi. Şirkətlərin əksəriyyətində keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları hüquq xidmətləri verirdilər. Onlar da təbii ki, mülki, iqtisadi hüquq münasibətləri barədə o qədər də geniş məlumatlı deyildilər. Buna görə də onlar tərəfindən şirkətlərə məsləhətlər çox keyfiyyətsiz formada verilirdi. Amma son dövrlərdə hüquq şirkətlərinin özlərinin daxilində olan hüquqşünaslar, həm də kənarda çalışan, sırf mülki sahədə, biznes hüququ sahəsində ixtisaslaşmış hüquqşünaslar fəaliyyət göstərməyə başladı. Amma bu da tam formalaşmayıb. Hər halda, əvvəlki vəziyyətə baxanda bu baxımdan xeyli irəliləyiş var. Məsələn, şirkətlər daxili hüquq departamentindən bir məsələ ilə bağlı rəy alır. Amma bununla kifayətlənməyərək müstəqil hüquq şirkətlərinə də müraciət edirlər və alternatv fikir alırlar. Hüquqşünaslar barəsində zarafatla deyilmiş bir deyim var: İki hüquqşünas olan yerdə üç fikir var. Bu baxımdan yerli şirkətərin də bu praktikadan istifadə etmələrini tövsiyə edərdik. Çünki ola bilər ki, onların hüquqşünasının müəyyən məsələ barəsində təcrübəsi və praktikası yoxdur. Çünki qanunvericiliyi bilmək ayrı, qanunvericiliyin tətbiq prosesində iştirak etmək və onun təmin olunmasını yoxlamaq isə başqa bir məsələdir. Bu baxımdan yerli hüquq şirkətlərinin xidmətlərindən alternativ bir hüquqi xidmət kimi yararlanıb öz risklərini daha aydın görmək üçün onlardan kömək almaq olar. Məsələn, öz hüquqşünasının xidmətindən istifadə edəndən sonra başqa bir yerli hüquq şirkətinə müraciət edəərk ondan da alternativ rəy alırlar. Bunun üstün cəhətləri çoxdur. Birincisi, onlar müəyyənləşdirə bilərlər ki, konkret bir məsələdə daxili hüquq xidməti nə dərəcədə kompetentdir, onların bu məsələni həll etmək bacarığı nə qədərdir. İkincisi, şirkətin belə halda, alternativ həll variantı ilə tanış olmaq imkanı yaranar. Digər bir məqam isə odur ki, hüquqi xidmət elə bir məsələdir ki, onu audit etmək, ölçmək çox çətindir. Şirkətlərdə audit aparılarkən, ancaq maliyyə fəaliyyətini və digər məsələləri yoxlayır, amma hüquqşünasların fəaliyyətini qiymətləndirmir. Daxili hüquq xidmtəinin işinin effektivliyini ölçəmk üçün onların fəaliyyətinin müstəqil hüquq şirkəti tərəfindən yoxlanmasını təmin etmək olar. Bu halda şirkət rəhbərliyi daxili hüquq xidmətinin həm maliyyə həm də işin təşkili baxımından effektivliyini ölçə bilər. Hüquqi şirkəti ilə daxili hüquq xidməti arasında rəqabət mühiti yaradırlarsa şirkət həm hüquq xidmətinə xərclərini azalda həm də daha keyfiyyətli xidmət əldə edə bilər.

Sonda isə oxuculara məsləhət görərdim ki, hüquqşünaslarla hər hansı addımı atmazdan əvvəl məsləhətləşsinlər, nəinki problem baş verib mübahisə yarandıqdan sonra.

Son xəbərlər
Digər xəbərlər